"Qarabağ"ın rəqibi “Top-5” liqalarda 50 qol həddini keçən ilk komandadır



"Qarabağ"ın UEFA Avropa Liqasının qrup mərhələsindəki rəqiblərindən olan Almaniyanın "Bayer 04" klubu yeni rekorda imza atıb.


Leverkuzen təmsilçisi cari mövsüm Avropanın “Top-5” liqasında 50 qol həddini keçən ilk komanda olub.


Komanda son olaraq ölkə kubokunun 1/16 finalında "Zandhauzen"i 5:2 hesabı ilə məğlub edib.


Beləliklə, "Bayer 04" keçirdiyi 14 oyunda 51 qola imza atıb.


Qeyd edək ki, Bundesliqa klubu Avropa Liqasının qrup mərhələsinin III turunda evdə "Qarabağ"ı 5:1 hesabı ilə məğlub etmişdi. Bu komandalar arasında IV turun qarşılaşması noyabrın 9-da Bakıda baş tutacaq.



Report

Şərhlər
İdman bölməsinin xəbərləri