“SpaceX” raketi 23 “Starlink” peykini orbitə çıxarıb



“Falcon 9” raket daşıyıcısı bu gün “Starlink” sisteminin qlobal şəbəkəsinin əhatə dairəsini genişləndirmək üçün növbəti partiyanı uğurla orbitə çıxarıb.


Bu barədə "SpaceX" şirkəti “X” sosial şəbəkəsində məlumat yayıb.


“23 “Starlink” peykinin orbitə buraxılması təsdiqlənib”, - məlumatda deyilir.


Raket buraxılışı Florida ştatındakı ABŞ Kosmik Qüvvələrinin buraxılış kompleksindən həyata keçirilib.


Şirkət hazırda dünyanın ən böyük peyk operatorudur. “Starlink” şəbəkəsi Şimali və Cənubi Amerika, Avropa, Asiya, Afrika və Avstraliya da daxil olmaqla 62 ölkədə istifadəçilər üçün əlçatandır. Pentaqonun məlumatına görə, bu peyklərin xidmətlərindən Amerika hərbçiləri də fəal şəkildə istifadə edirlər.


Gələcəkdə “SpaceX” Yer sakinlərini planetin istənilən küncündə genişzolaqlı internetə çıxışla təmin edəcək tammiqyaslı şəbəkə yaratmaq üçün 12 min kosmik gəmidən ibarət (gələcəkdə isə 30 min) orbital qruplaşma yaratmağı planlaşdırır. Layihəyə qoyulan investisiyaların ümumi həcmi 10 milyard dollar həcmində qiymətləndirilir.




Report

Şərhlər
Texnologiya bölməsinin xəbərləri