Yaxın 4 ildə Azərbaycan əhalisinin illik gəliri 100 milyard manatı ötəcək



2027-ci ildə Azərbaycan əhalisinin gəlirlərinin 106 milyard manata çatacağı proqnozlaşdırılır.


Bu barədə Maliyyə Nazirliyinin "2024-2027-ci illər üzrə Ortamüddətli Büdcə Çərçivəsi"də bildirilir.


Sənədə əsasən, bu dövrdə əhalinin xərclərinin isə 102,6 milyard manata yüksəlməsi gözlənilir.


Xatırladaq ki, 2022-ci ildə Azərbaycan əhalisinin nominal gəlirləri 68 milyard 914,5 milyon manat təşkil edib. Bu, 2021-ci illə müqayisədə 20,5 % çoxdur.

Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri