Belçika paytaxtında atışma olub, ölənlər var



Belçikanın paytaxtı Brüsselin mərkəzində atışma nəticəsində iki nəfər ölüb.


Bu barədə Belçika polisi bildirib.


Yayılan görüntülərdə naməlum şəxsin bir neçə dəfə atəş açdığı əks olunub.


Ölənlərin İsveç milli futbol komandasının azarkeşləri olduğu deyilir.


Qeyd edək ki, İsveç bu axşam Heysel stadionunda AVRO-2024-ün seçmə mərhələsi çərçivəsində Belçika ilə qarşılaşır.


Polislər hadisə yerini mühasirəyə alıb. Atəş açan şəxsin axtarışları aparılır.



"Report"

Şərhlər
Dünya bölməsinin xəbərləri