Misir Qəzza zolağı ilə sərhəddəki keçid məntəqəsini bağlayır


Misir Qəzza zolağı ilə sərhəddə fəaliyyət göstərən sonuncu keçid məntəqəsini bağlamaq qərarına gəlib.

Bu barədə “The Washington Post” bildirib.

Məlumata görə, rəsmi Qahirə Misirlə Qəzza zolağının sərhədində yerləşən Rəfah şəhərindəki məntəqənin fəaliyyətini dayandırıb. Misir İsraillə sərhəddə yerləşən Taba keçid məntəqəsini də bağlayıb.

“Haanretz”in məlumatına görə, adının açıqlanmasını istəməyən Misirin dövlət məmuru bildirib ki, keçid məntəqəsi İsrailin istəyi ilə deyil, sülhü təmin etmək məqsədi ilə bağlanıb. Başqa mənbələr isə bildirib ki, bu addım Qəzza zolağına hücumlar nəticəsində fələstinlilərin Sinay yarımadasına qaça biləcəyindən qorxduğu üçün atılıb.

Bildirilib ki, Misir hakimiyyəti Qəzza zolağı ilə sərhəddə hərbi patrul xidmətini gücləndirib.

Qəzetin qeyd etdiyi kimi, Rəfah Yaxın Şərqdə münaqişənin kəskinləşməsindən sonra tibbi yardım, qida və generatorlar üçün yanacaq, eləcə də digər zəruri mallar üçün Qəzza zolağına sonuncu keçid məntəqəsi olub.

Bir müddət əvvəl İsrail hökuməti Qəzza zolağının tam mühasirəyə alınması, su və elektrik təchizatının dayanması, ərzaq və yanacaq tədarükü yollarının kəsilməsi barədə göstəriş verib.




Report
Şərhlər
Dünya bölməsinin xəbərləri