"Qarabağ" səfərdə "Neftçi"yə qalib gəlib



Futbol üzrə Azərbaycan Premyer Liqasında I dövrəyə yekun vurulub.

  IX turun sonuncu oyununda "Neftçi" "Qarabağ"ı qəbul edib.

"Neftçi Arena"da baş tutan qarşılaşma Ağdam təmsilçisinin qələbəsi ilə bitib - 2:0.

 İlk qolu 46-cı dəqiqədə Olavio Juninyo vurub, 88-ci dəqiqədə isə Redon Cica fərqlənib.

Bu nəticədən sonra xallarının sayını 19-a çatdıran "Qarabağ" klubu lider "Zirə"yə çatıb. "Ağ-qaralar" isə 12 xalla beşinci sıradadır.

Şərhlər
İdman bölməsinin xəbərləri