ABŞ İsrailə hərbi yardım göndərəcək


Birləşmiş Ştatlar İsrailin əlavə hərbi yardım tələblərini nəzərdən keçirir və bunu bazar günü elan etmək niyyətindədir.

Bu barədə ABŞ dövlət katibi Entoni Blinken CNN telekanalına müsahibəsində deyib.

“İsrailin etdiyi konkret əlavə tələbləri nəzərdən keçiririk. Düşünürəm ki, bu gün bu məsələ ilə bağlı xəbərlər eşidəcəksiniz”, - o deyib.

Xatırladaq ki, oktyabrın 7-də səhər Qəzza zolağından İsrailə raket hücumları başlayıb və eyni zamanda yaraqlı qruplar İsrail hərbçilərinin onlarla döyüşə girdiyi yəhudi dövlətinə daxil olub. Ordu “müharibə hazırlığı vəziyyəti” elan edib və tezliklə cavab olaraq “Dəmir qılınclar” əməliyyatına başladığını açıqlayıb.



Report
Şərhlər
Dünya bölməsinin xəbərləri