Ferstappen "Formula 1"də üçüncü çempionluğa çatan 11-ci pilotdur


"Red Bull" komandasının üzvü Maks Ferstappen "Formula 1"də üçüncü dəfə çempion olan 11-ci pilot kimi tarixə düşüb.

Daha əvvəl 10 sürücü bu rəqəmə çatıb.

Bunlar argentinalı Xuan Manuel Fanxio, avstraliyalı Cek Brabham, britaniyalılar Ceki Stüartla Lyuis Hemilton, avstriyalı Niki Lauda, braziliyalılar Nelson Pike, Airton Senna, fransız Alen Prost və almanlar Mixael Şumaxerlə Sebastyan Fetteldir.

Onların bəziləri daha çox titul əldə ediblər.

Bundan əlavə, 26 yaşlı Ferstappen Sebastyan Fetteldən (25 yaş) sonra üç dəfə çempionluq sevinci yaşayan ən gənc ikinci pilotdur.

Qeyd edək ki, niderlandlı sürücü ötən gün çempionluğunu rəsmiləşdirib.



Report
Şərhlər
İdman bölməsinin xəbərləri