HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb, 900 nəfər yaralanıb


HƏMAS-ın İsrailə hücumu nəticəsində ölənlərin sayı 100 nəfərə çatıb, 900 nəfər yaralanıb


HƏMAS-ın İsrailə hücumu nəticəsində 100 nəfər ölüb.

  “The Times of Israel” nəşri  xəbər verir ki, hadisə nəticəsində yaralananların sayı 900 nəfərə çatıb.

Məlumatda çox sayda girovun Qəzzaya aparıldığı da bildirilir.

///

2023-10-07 14:24

HƏMAS-ın İsrailə hücumu nəticəsində 22 nəfər ölüb, 545 nəfər yaralanıb



HƏMAS-ın İsrailə hücumu nəticəsində yaralananlardan 545 nəfəri xəstəxanaya yerləşdirilib.

“Report “The Times of Israel” nəşrinə istinadən xəbər verir ki, bu barədə İsrail Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, hadisə nəticəsində azı 22 nəfər ölüb. Ancaq ölənlərin sayının artacağı istisna edilmir.

///

HƏMAS-ın İsrailə hücumu nəticəsində Sderot qəsəbəsində 5 nəfər ölüb, 100-dən çox insan yaralanıb.

“Report” “The Times of Israel” ə istinadən xəbər verir ki, HƏMAS təşkilatı Qəzza zolağındakı İsrailin cənubuna və mərkəzinə kütləvi raket zərbələri endirir.

Təşkilatın üzvləri artıq sərhəddə yerləşən Sderot qəsəbəsinə və digər ərazilərə sızıblar. Ərazilərdə toqquşmalar yaşanır.

Qeyd edək ki, bu gün İsrailin cənubunda, eləcə də Tel-Əviv ərazisində hava hücumu həyəcan siqnalı səslənib. Səhər saatlarında Qəzza zolağından olan radikallar İsrail ərazisinə raket zərbələri endiriblər. Məlumata görə, Qəzza zolağından 20 dəqiqə ərzində İsrailə 5000 raket buraxılıb. Atılan raketlər nəticəsində 70 yaşlı qadın həyatını itirib. Cənub dairəsində isə polis general-mayoru Amir Koen yaralanıb. Ölkədə hərbi vəziyyət elan edilib. Müdafiə naziri Yoav Qalant ehtiyatda olan hərbçilərin hərbi xidmətə çağırılması barədə göstəriş verib.
Şərhlər
Dünya bölməsinin xəbərləri