Reinteqrasiya prosesinə qoşulmaq üçün bugünədək 98 müraciət qeydə alınıb


Reinteqrasiya ilə bağlı müraciətlərin qəbulu, icrası və maarifləndirmə işinin aparılması reintegration.gov.az (Çağrı Mərkəzi, WhatsApp, Çat və elektron poçt da daxil olmaqla) portalı vasitəsilə həyata keçirilir və bugünədək portal vasitəsilə Dövlət Miqrasiya Xidmətinə ümumilikdə 98 müraciət daxil olub.

Bu barədə Dövlət Miqrasiya Xidməti və Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Qarabağdakı ermənilərin reinteqrasiyası prosesi ilə bağlı birgə yaydığı məlumatda bildirilib.

Qeyd olunub ki, müraciətlərin əksəriyyəti reinteqrasiya prosesinə marağını ifadə edən şəxslər tərəfindən sorğu, həmçinin ilkin qeydiyyatdan keçmək üçün məlumat və dəstək xarakterli olub, hər biri müvafiq qaydada cavablandırılıb.



Report
Şərhlər
Sosial bölməsinin xəbərləri