ABŞ Konqresinin Nümayəndələr Palatası spiker Kevin Makkartini vəzifəsindən azad edib


ABŞ Konqresinin Nümayəndələr Palatası Kevin Makkartinin spiker vəzifəsindən azad edilməsinə səs verib.

Bu, canlı yayımlanan səsvermə zamanı məlum olub.

Məlumata görə, qərarın lehinə 216 nəfər səs verib, 210 nəfər bunun əleyhinə çıxıb.

Qeyd edək ki, Makkartinin tutduğu vəzifədən azad edilməsi təklifini Respublikaçılar Partiyasının nümayəndəsi Mett Qaetz irəli sürüb. Səbəb Amerika hökumətini maliyyələşdirmək üçün qanunvericiliyin qəbulunun ləngi olub. Nümayəndələr Palatası Patrik Makhenrini müvəqqəti spiker təyin edib.

Oktyabrın 1-də Nümayəndələr Palatasının spikeri Kevin Makkarti vəzifəsindən uzaqlaşdırılmayacağı xəbər verilib. Nümayəndələr Palatasının spikeri konqresmen Matt Getsin onun vəzifəsindən kənarlaşdırılması üçün vəsatət vermək niyyətini şərh edərkən deyib: "Gəlin idarə etməyə başlayaq. Əgər o, bizi iqtisadiyyatı bağlamağa sövq etməyə çalışdığı üçün əsəbləşibsə və mən hökumətin bağlanmadığına əmin olmuşamsa, o zaman bu barədə danışaq".

Daha əvvəl bildirilirdi ki, Respublikaçılar Partiyasının ABŞ Konqresinin Nümayəndələr Palatasındakı nümayəndəsi Mett Qets Kevin Makkartini tutduğu vəzifədən uzaqlaşdırmaq üçün petisiya vermək niyyətindədir. Onun sözlərinə görə, spiker hökumətin maliyyələşdirilməsinin uzadılması ilə bağlı yalan danışıb.



Report
Şərhlər
Dünya bölməsinin xəbərləri