Ağ Ev Rusiya ilə eskalasiya təhlükəsi barədə: "Gərginlik artsa da, Ukraynaya yardımı dayandırmayacağıq"



“ABŞ və Rusiya arasında gərginliyin artması riski məni gecələr də yatmağa qoymur. Əks halda, mən vəzifəmdən azad olunmalı idim”.

Bunu ABŞ Prezidenti Cozef Baydenin milli təhlükəsizlik üzrə köməkçisi Ceyk Sallivan yerli “The Atlantic” nəşrinə müsahibəsində deyib.

O bildirib ki, ABŞ Ukraynaya dəstəyə görə Rusiya ilə birbaşa eskalasiya təhlükəsini istisna etmir: “Amma biz Kiyevə hərbi yardımı dayandırmayacağıq”.

V.Sallivanın fikrincə, ABŞ-də Ukraynaya yardımla bağlı fikir ayrılığı var: “Bəziləri Ukraynaya yardımı dəstəkləyir. Bir qrup isə düşünür ki, bu dəstək üçüncü dünya müharibəsi ilə nəticələnə bilər”.

Qeyd edək ki, Rusiya ilə Ukrayna arasında genişmiqyaslı müharibə ötən il fevralın 24-də başlayıb. Ukrayna bu ilin iyunundan əks-hücum əməliyyatları keçirir.



Report
Şərhlər
Dünya bölməsinin xəbərləri