İmtahandan keçə bilməyən müəllimlərlə bağlı nələr planlaşdırılır? – Nazirdən mühüm açıqlamalar - VİDEO


Təhsil naziri Emin Əmrullayev AzTV-nin "Əsas məsələ" verilişinə qonaq olub və sualları cavablandırıb.

QSC-nin İctimaiyyətlə Əlaqələr və Sosial Media şöbəsinin məlumatına görə, nazir imtahandan zəif nəticələr toplayan müəllimlərlə bağlı hansı addımlar atılacağına toxunub.

"Minimum balı toplaya bilməyən müəllimlərin sosial problemlərini nəzərə alaraq, çalışacağıq ki, heç olmasa onların bir qisminə kömək edək. Bu proses davam edəcək. 2026-cı ilədək bütün bölgələrdə müəllimlərimizi, bütün fənlər üzrə bu prosesdən keçirəcəyik. Növbəti il müəllimlərin ikinci dəfə sertifikat cəhdi olacaq və ictimaiyyətə məlumat veriləcək. 2026-cı ilədək bu proses bitəcək".

 Daha ətraflı videoçarxda baxa bilərsiz:

Şərhlər
Sosial bölməsinin xəbərləri