Qadınlar arasında dünya çempionatının qalibi bəlli olub


Yeni Zelandiyada keçirilən futbol üzrə qadınlar arasında dünya çempionatının qalibi bəlli olub.

Final görüşündə İspaniya və İngiltərə milliləri üz-üzə gəliblər.

Qarşılaşma birincilərin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. İspaniya yığmasına dünya çempionluğunu qazandıran yeganə qola 29-cu dəqiqədə Olqa Karmona Qarsiya imza atıb.

Qeyd edək ki, mundialın bürünc medalını İsveç yığması qazanıb.
Şərhlər
İdman bölməsinin xəbərləri