Konfrans Liqası: “Neftçi” qələbə ilə növbəti mərhələyə yüksəlib


“Neftçi” UEFA Konfrans Liqasında III təsnifat mərhələsinə yüksəlib.

 Bakı klubu II raundun cavab oyununda doğma arenasında Bosniya və Herseqovinanın “Jelezniçar” komandasını 2:0 hesabı ilə məğlub etməklə buna nail olub.

İlk qarşılaşmada rəqibi ilə 2:2 hesablı bərabərə qalan  kollektiv iki görüşün nəticəsinə əsasən adını növbəti mərhələyə yazdırıb.

8-ci km stadionunda gerçəkləşən cavab oyununda hesab 20-ci dəqiqədə açılıb. Kenni Sayef qapıçı ilə təkbətək epizodda fərqlənərək, “Neftçi”ni önə keçirib. 68-ci dəqiqədə Eddi İsrafilov başla fərqi 2 topa çatdırıb.

Qeyd edək ki, “Neftçi” III təsnifat mərhələsində “Beşiktaş” (Türkiyə) - “Tirana” (Albaniya) cütünün qalibi ilə qarşılaşacaq. Bu raundun oyunları 10-17 avqustda keçiriləcək.
Şərhlər
İdman bölməsinin xəbərləri