KİV: UEFA “Yuventus”u avrokuboklardan kənarlaşdırıb


UEFA İtaliyanın “Yuventus” klubunu avrokuboklardan kənarlaşdırıb.

Bu barədə yerli “La Stampa” nəşri məlumat yayıb.

Bildirilir ki, qitə futbol qurumu Turin təmsilçisinin maliyyə pozuntusuna yol verdiyini aşkarlayıb. Bu səbəbdən “qoca sinyora” cari mövsüm UEFA Konfrans Liqasında iştirak edə bilməyəcək.

“Yuve”ni qitənin üçüncü dərəcəli klub turnirində 2022/2023 mövsümündə A seriyasını 8-ci pillədə tamamlayan “Fiorentina”nın əvəzləyəcəyi vurğulanıb.

Qeyd edək ki, “Yuventus” ötən mövsüm daxili birincilikdə 7-ci yeri tutub.



Report
Şərhlər
İdman bölməsinin xəbərləri