Səudiyyə Ərəbistanı hökuməti futbolçu transferlərinə 20 milyard avro ayırıb


Səudiyyə Ərəbistanı hökuməti klublara 2030-cu ilədək futbolçu transferləri üçün təxminən 20 milyard avro ayırıb.

Bu barədə jurnalist Ben Ceykobs şəxsi tviter hesabında iddia irəli sürüb.

Bildirilib ki, oyunçu keçidlərinin maliyyələşdirilməsi ölkənin idman nazirliyi tərəfindən həyata keçirilir.

Ötən gün "Əl-Hilal" Kilian Mbappe üçün Fransa PSJ-sinə 300 milyon avro təklif edib. Burada hücumçunun 700 milyon avro məvacib ala biləcəyi vurğulanıb.



Report
Şərhlər
İdman bölməsinin xəbərləri