"EU Analytics" portalının müxbiri: "Medianın üzləşdiyi bəzi çətinliklərin həlli dəyişiklik tempi ilə bağlıdır"


"Şuşa Qlobal Media Forumunda çox böyük məsələlərə toxunuldu. Medianın hazırda qarşılaşdığı müəyyən çətinliklər var. Düşünürəm ki, medianın üzləşdiyi çətinliklərin həlli dəyişiklik tempi ilə bağlıdır".

Bunu jurnalistlərə açıqlamasında “EU Analytics” portalının müxbiri Nik Pauel deyib.

“Məni narahat edən xüsusi məqam medianın maliyyələşməsi ilə bağlıdır. İnsanlar müxtəlif xəbər mənbələrinə etibar etməyə meyillidirlər. Bu o deməkdir ki, provayderlər dəqiq və qərəzsiz hesabat verməyə davam etmək, pul toplamaq üçün getdikcə daha çox mübarizə aparmalıdırlar”, - N.Pauel qeyd edib.



Report
Şərhlər
Sosial bölməsinin xəbərləri