Azərbaycanda yüksək texniki təhsil səviyyəsi üzrə tələbələrin sayı artırılacaq



Hazırda respublikada 1466 tələbə yüksək texniki peşə təhsili alır. Bu təhsil səviyyəsi üzrə tələbələrin sayının 2026-cı ilə qədər 9200-ə çatdırılması planlaşdırılır.

Hazırda Azərbaycanda 98 peşə təhsili müəssisəsi var. Peşə təhsil mərkəzlərinin sayı isə 14-dür.

Ölkəmizdə 120 ixtisas üzrə 23 min 600 tələbə peşə təhsili alır. Son üç ildə peşə qəbulu üzrə göstəricilər 30 faiz artaraq, keçən il tələbələrin sayı 19 mini ötüb. Bundan başqa, 2022-2023-cü tədris ilində 5 regionda fəaliyyət göstərən 8 peşə təhsil müəssisəsində yüksək texniki peşə təhsil səviyyəsi üzrə də tələbə qəbulu aparılıb.

Qeyd edək ki, Prezident İlham Əliyev iyulun 20-də Cəlilabad rayonunda olub. Dövlət başçısı Cəlilabad Dövlət Peşə Təhsil Mərkəzinin açılışında iştirak edib.
Şərhlər
Sosial bölməsinin xəbərləri