Adrian Mutunun “Neftçi”yə təyinatı dünya mətbuatında geniş işıqlandırılıb



Rumıniyalı Adrian Mutunun “Neftçi”nin baş məşqçisi postuna təyinatı dünya mətbuatında geniş işıqlandırılıb.

Bir sıra məşhur saytlar – İtaliyanın “Calciomercato”, “Tuttomercatoweb”, Türkiyənin “Fanatik”, “NTV Spor”, “Ajansspor”, Rusiyanın “Sport-express”, “Sovetski sport”, həmçinin, ABŞ, Böyük Britaniya, İspaniya və s. kimi ölkələrin mətbu orqanlarında ötənlərin əfsanəvi futbolçusu ilə bağlı müxtəlif yazılar dərc edilib, bu keçid maraqla qarşılanıb.

Bundan əlavə, “Neftçi”nin Rusiyanın Sankt-Peterburq şəhərindəki toplanışı zamanı İtaliyanın “Fiorentina” klubunun azarkeş qrupu, Moskvada isə “Çelsi” (İngiltərə) fanatları Mutu ilə görüşərək, şəkil çəkdirib, avtoqraf alıblar.

Sankt-Peterburq və Moskvadakı hava limanlarında da 44 yaşlı mütəxəssisə maraq yüksək olub. “Neftçi”nin sosial media səhifələrindəki paylaşımlarına gələn reaksiyalardan da Mutunun komandaya baş məşqçi təyin olunmasının böyük əks-səda doğurduğu görünür.

Qeyd edək ki, Adrian Mutu “Neftçi” ilə 2 illik müqavilə imzalayıb.



Report
Şərhlər
İdman bölməsinin xəbərləri