"Qarabağ" Çempionlar Liqasına qələbə ilə başlayıb

"Qarabağ" UEFA Çempionlar Liqasının 2023/2024 mövsümündə mübarizəyə başlayıb.

LIVE.az-ın məlumatına görə, Ağdamlılar I təsnifat mərhələsinin ilk oyununda Cəbəllütariqdə "Linkoln"un qonağı olub. "Viktoriya" stadionunda oynanılan görüş Ağdam klubunun 2:1 hesablı qələbəsi ilə başa çatıb.

Qeyd edək ki, komandalar arasında cavab oyunu iyulun 19-da Bakı Olimpiya Stadionunda keçiriləcək. Bu cütün qalibi II təsnifat mərhələsində "Rakuv" (Polşa) - "Flora" (Estoniya) cütünün güclüsü ilə qarşılaşacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri