Qurban Yetirmişli: “Növbəti zəlzələnin baş verəcəyi barədə deyilənlər şayiələrdir”


“Zəlzələ yenidən baş verəcəyi barədə söylənilənlər şayiələrdir, bunları bəzi adamlar sosial şəbəkələrdə yayırlar”.

Bunları açıqlamasında AMEA nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.

"Bunların hamısı absurddur. Kiçik təkanlar var və olmalıdır, yəni avterşoklar, enerji boşalamaları gedir. Güclü təkanlar olub və cihazlar bunları qeydə alıb. Amma 5,5 maqnitudada baş verən zəlzələnin təkrarlanması ehtimalı yoxdur. Amma ola bilsin, arada 3 maqnitudada, hiss edilən zəlzələ baş versin. Bəlkə də heç olmayacaq. Çünki zəlzələ ocağı çox - 65 kilometr dərinlikdədir. Bunun heç bir qorxusu yoxdur", - Q.Yetirmişli qeyd edib.

"İnsanlara mənim adımdan, rəsmi olaraq çatdırın ki, heç bir təxribata, yazılan şayiələrə inanmasınlar. Gedib evlərində rahat yatsınlar. Qorxulu heçnə yoxdur", - Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru vurğulayıb.



Report
Şərhlər
Sosial bölməsinin xəbərləri