III Avropa Oyunları: Bağlanış mərasimində Azərbaycanın bayraqdarı bəlli olub


III Avropa Oyunlarının bağlanış mərasimində Azərbaycan idman nümayəndə heyətinin bayraqdarı bəlli olub.


Bu vəzifəni Oyunların gümüş medalçısı və Paris-2024 Yay Olimpiya Oyunlarının lisenziyaçısı, boksçu Məhəmməd Abdullayev yerinə yetirəcək.


Qeyd edək ki, açılış mərasimində Azərbaycanın bayraqdarı kamandan oxatma növü üzrə yarışan Yaylagül Ramazanova və qılıncoynadan Barat Quliyev olub.




Report
Şərhlər
İdman bölməsinin xəbərləri