Mahir Emreli yeni mövsümdən Türkiyə Superliqasında başlaya bilər


Azərbaycan millisinin vingeri Mahir Emreli yeni mövsümdən Türkiyə Superliqasında başlaya bilər.

"Konyaspor" Emrelinin xidmətində yenə də maraqlıdır. Amma "Dinamo" azərbaycanlı üçün 2,5 milyon avro tələb edir. Türkiyə təmsilçisinin rəsmiləri 1,5 milyon avro ödəmək gücündə olduqlarını qarşı tərəfə bildiriblər. "Konyaspor" ən pis halda Mahiri icarəyə götürməyə cəhd edəcək.

Bu arada, "Dinamo"nun baş məşqçisi İqor Bişcan Emrelinin nəyə qadir olduğunu görmək istəyir. Ante Çaçiçin dövründə oynamaq şansı qazanmayan milli üzvünün yeni sezona Zaqreb klubunda başlayıb-başlamaması məhz Xorvatiya çempionunun hazırkı baş məşqçisinin verəcəyi qərardan asılı olacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri