Azərbaycanda bir gündə dənizdə batmaq təhlükəsi ilə üzləşmiş səkkiz nəfər xilas edilib
- 26.08.2013, 13:09,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Bazar günü bir neçə nəfər Xəzər dənizində batmaq təhlükəsi ilə üzləşib.
APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Sabunçu rayonunda dənizdə (“Bilgəh” sularda xilasetmə məntəqəsinin ərazisində) batmaq təhlükəsi ilə üzləşən 5 nəfər dalğıc-xilasedicilər tərəfindən xilas olunub.
Sabunçu rayonunda dənizdə - “Nardaran-1” sularda xilasetmə məntəqəsindən təxminən, 1500 metr məsafədə nəzarət olunmayan ərazidə isə 2 nəfər batma təhlükəsi ilə üzləşib. Vətəndaşlar dalğıc-xilasedicilər tərəfindən xilas olunublar.
Bakı şəhəri, Xəzər rayonunda dənizdə (“Türkan” sularda xilasetmə postunun ərazisində) batma təhlükəsi ilə üzləşən 1 nəfəri dalğıc-xilasedicilər xilas ediblər.