Bu il 98 649 nəfər XI sinfi bitirir



2022-2023-cü tədris ilində ümumi təhsil müəssisələrində təhsilalanların sayı 1 707 279 nəfər təşkil edib.

Bu barədə mediaya Elm və Təhsil Nazirliyindən məlumat verilib.

Bildirilib ki, cari tədris ilində ümumi təhsil müəssisələrində 98 649 nəfər XI sinfi, 145 597 nəfər isə IX sinfi bitirir.

Bu tədris ilində ölkə üzrə 151 560 şagird birinci sinfi bitirir.

Ümumi təhsil müəssisələrinin məktəbəhazırlıq qruplarında 90 666 uşaq təhsil alıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri