"İnter Mayami" Lionel Messinin transferindən bir gün sonra mövsümün bütün biletlərini satıb


ABŞ-ın "İnter Mayami" klubu səfər oyunları da daxil olmaqla mövsümün sonunadək bütün matçların biletlərini satıb.

 Argentina millisinin ulduz futbolçusu Lionel Messinin transferinin açıqlanmasından bir gün sonra gerçəkləşib.

MLS təmsilçisi ev oyunlarını 18 min azarkeş tutumuna malik "Drive Pink Stadium"da keçirir. Klubun daha böyük stadiona köçəcəyi də ehtimal olunur.

Qeyd edək ki, Messi iyunun 7-də "İnter Mayami"ya keçdiyini açıqlayıb. 35 yaşlı hücumçu son olaraq Fransada PSJ-nin uğurları üçün çalışıb.


Şərhlər
İdman bölməsinin xəbərləri