"Vest Hem" UEFA Konfrans Liqasını udub

UEFA Konfrans Liqasında 2022/2023 mövsümünə yekun vurulub.

Live.az-ınn məlumatına görə, turnirin final oyununda İtaliyanın "Fiorentina" və İngiltərənin  "Vest Hem"  klubları üz-üzə gəliblər. Praqadakı "Eden Arena"da keçirilən görüşdə rəqibinə 2:1 hesabı ilə qalib gələn London təmsilçisi titula sahib çıxıb.

İlk qolu 62-ci dəqiqədə "Vest Hem"dən Səid Benrahma vurub. Əlcəzairli hücumçu penaltini dəqiq yerinə yetirib. Cəmi 5 dəqiqə sonra "Fiorentina" tarazlığı bərpa edib. Cakomo Bonaventura hesabı bərabərləşdirib. Son nöqtəni isə 90-cı dəqiqədə Carrod Bouen qoyub.

UEFA Konfrans Liqası
Final
7 iyun
23:00. "Fiorentina" (İtaliya) - "Vest Hem" (İngiltərə) - 1:2
Qollar: Cakomo Bonaventura, 67 - Səid Benrahma, 62 (penalti). Carrod Bouen, 90
Baş hakim: Karlos Del Serro (İspaniya)
Praqa, "Eden Arena"

Qeyd edək ki, Konfrans Liqasının ilk qalibi İtaliya "Roma"sı olub.
Şərhlər
İdman bölməsinin xəbərləri