İsrail Prezidenti İsxaq Hersoq Azərbaycana rəsmi səfərə gəlib, Azərbaycan və İsrail prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər

  

Mayın 30-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev və İsrail Dövlətinin Prezidenti İsxaq Hersoq mətbuata bəyanatlarla çıxış ediblər.

///


İsrail Dövlətinin Prezidenti İsxaq Hersoq mayın 30-da Azərbaycan Respublikasına rəsmi səfərə gəlib.

Hər iki ölkənin Dövlət bayraqlarının dalğalandığı Heydər Əliyev Beynəlxalq Aeroportunda ali qonağın şərəfinə fəxri qarovul dəstəsi düzülüb.

İsrail Prezidenti İsxaq Hersoqu və xanımı Mixal Hersoqu Azərbaycanın Baş nazirinin birinci müavini Yaqub Eyyubov, xarici işlər nazirinin müavini Fariz Rzayev və digər rəsmi şəxslər qarşılayıblar.
Şərhlər
Siyasət bölməsinin xəbərləri