Çin yığması Astarada çempion olub

 


Basketbolun 3x3 növü üzrə Dünya Qadın Seriyasında Astara mərhələsinə yekun vurulub.

2019-cu ildə yaradılan FIBA 3x3 Qadın Seriyası 3x3 qadınların peşəkar yarışında bir nömrəli tədbirdir. 4-cü dəfə keçirilən builki çempionatın mükafatı ilk dəfə olaraq 1 milyon ABŞ dollarıdır. Bu mövsümdə 23 tədbir planlaşdırılır ki, bu da 2019-cu ildə keçirilən ümumi 15 tədbirin rekordunu yeniləyəcək.

Qaydalar:
Hər komanda 4 nəfərdən ibarətdir. Meydanda 2 komanda yarışır və hər komandada 3 nəfər meydana çıxır. Digər bir nəfər isə ehtiyatda gözləyir. Oyunda bir halqa var, yarım meydançadır.

Bu hər oyun üçün 10 dəqiqədən ibarətdir. 21 xalı toplamış komanda qalib seçilir və ya ilk 10 dəqiqədən sonra ən çox xalı toplamış komanda qalib seçilir.

Dairənin içindən səbətə atılan top 1 xal xətirir, dairənin çölündən atılan isə 2 xal.
 Bu oyunda fasilə, dördə bir oyunlar yoxdur. Səbətə ilk top girdikdən sonra fasilə olmur.

Mayın 20-21-də Astarada 3×3 basketbol üzrə Dünya Qadın Seriyasının oyunları keçirilib.

 Azərbaycan millisi ilə yanaşı, ikisi klub olmaqla ümumilikdə 12 komanda yarışda iştirak etdi. Azərbaycan, Almaniya, Çin, Polşa, Misir, Çexiya, Macarıstan, Rumıniya, Ukrayna və Avstriya 3×3 qadın yığmaları, həmçinin, Çinin “Yuanda” və Azərbaycanın “Neftçi” klubu turnirdə mübarizə apardı.

Qeyd edək ki, Dünya Qadın Seriyasının oyunları Astara bulvarında təşkil olundu.

21 may əvvəlcə dörddəbir final oyunları keçirildi.
İlk dörddəbir final oyununda Ukrayna seçməsi Polşa komandasına 16:13 hesabı ilə qalib gəldi. Klub təmsilçimiz “Neftçi" isə 1/4 final oyununda güclü Çin millisinə 6:21 hesabı ilə məğlub olub. Digər 1/4 final oyunlarında Avstriya 14:8 hesabı ilə Macarıstana, Misir seçməsi isə 21:13 hesabı ilə Çinin "Yuanda" klubuna qalib gəlib.
Yarımfinal oyunlarında Çin millisi Ukraynanı 19:17, Misir yığması isə Avstriyanı 21:14 hesabla üstələyib. Finalda Misirə 21:15 hesabla qalib gələn Çin yığması Astaradakı turnirin qalibi olub.

Astara şəhərindən sonra Şuşa və Bakı şəhərləri möhtəşəm basketbol tədbirinə ev sahibliyi edəcək.


  
 
Şərhlər
İdman bölməsinin xəbərləri