Emin Əmrullayev: "Məktəblərdə tədrisin sentyabrın 1-dən başlaması daha uyğun olardı"


"Məktəblərdə tədrisin sentyabrın 1-dən başlaması daha uyğun olardı".

Bunu elm və təhsil naziri Emin Əmrullayev keçirdiyi brifinqdə deyib.

"Etiraf edək ki, uşaqlar indi daha az məktəbə gedir. Misal olaraq, 10 il hər həftəsonu məktəbə getməklə indiki uşaqlardan 2 il artıq tədris almışam", - nazir bildirib.

Nazirin sözlərinə görə, tədris ili nə qədər uzun olarsa, bu, uşaqların gələcəyi üçün daha yaxşı olardı:

"İnkişaf etmiş ölkələrdə tətillər yayda yox, qışdadır. Bizdə isə üç aylıq tətil müddəti var. Təhsil işçisi olaraq bildirim ki, tədris müddəti nə qədər çox olsa, o qədər yaxşı tədris olar. Fikrimcə, məktəblərdə tədrisin sentyabrın 1-dən başlaması daha uyğun olardı. Bu, sadəcə istəkdir".




Report
Şərhlər
Sosial bölməsinin xəbərləri