Borel: “Seçkilərdə yüksək fəallıq türk xalqının demokratik təsisatlara bağlılığını göstərdi”



“Türkiyədə keçirilən seçkilərdə yüksək fəallıq türk xalqının demokratik təsisatlara bağlılığını göstərdi”.

Bunu Avropa İttifaqının Xarici Əlaqələr və Təhlükəsizlik Siyasəti üzrə Ali Nümayəndəsi Jozep Borel tviterdə yazıb.

O, prezident seçkilərinin mayın 28-də keçiriləcək ikinci turunun nəticələrini səbirsizliklə gözlədiyini bildirib.

Xatırladaq ki, mayın 14-də keçirilən seçkilərdə Prezidentliyə namizədlərdən heç biri 50%-dən çox səs qazanmadığı üçün səsvermənin ikinci turu mayın 28-də keçiriləcək. İki namizəd - Rəcəb Tayyib Ərdoğan və müxalifət lideri Kamal Kılıçdaroğlu arasında qalib gələn siyasətçi Prezident olacaq.

İlk turda Türkiyənin hazırkı Prezidenti 49,51 faiz, müxalifət lideri isə 44,88 faiz səs toplayıb. "Ata" siyasi blokunun təmsilçisi Sinan Oğan 5,17% səs yığıb.





Report
Şərhlər
Dünya bölməsinin xəbərləri