Türkiyədə seçkilər: səslərin 99,4 faizi hesablanıb, Ərdoğan 49,40 faiz səs qazanıb - Yenilənib


Türkiyə Mərkəzi Seçki Komissiyası prezident seçkiləri ilə bağlı yeni rəqəmləri açıqlayıb.

Komissiya sədri Ahmet Yener deyib ki, ölkə daxilindəki seçki məntəqələrinin 99,4 faizinin nəticələri hesablanıb.

O bildirib ki, Türkiyə xaricindən daxil olan səslərin də 84.06 faizi hesablanıb.

Məlumata görə, “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan 49,40 faiz səs toplayıb.

İkinci yerdə 44,96 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu qərarlaşıb.

"Ata İttifaqı”nın namizədi Sinan Oğana 5,2 faiz seçici səs verib.

Məmləkət Partiyasının sədri Məhərrəm İncə 0,44 faiz səs toplayıb.

///

2023-05-15 01:48 

TRT: Türkiyədə bülletenlərin 90 faizindən çoxu sayılıb


Türkiyədə keçirilən prezident seçkilərində səsvermə bülletenlərinin 93,67 faizi sayılıb, hazırkı prezident Rəcəb Tayyib Ərdoğan 49,63 faiz səslə öndədir.

Live.az "TRT Haber"ə istinadən xəbər verir ki, ikinci yerdə 44,63 faiz səslə “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu gəlir.

Üçüncü yerdə Sinan Oğan qərarlaşıb (5,29 faiz).

Ümumilikdə seçici fəallığı 88 faiz təşkil edir.

Parlament seçkilərində səsvermə bülletenlərinin 93,89 faizinin sayılmasından sonra hakim Ədalət və İnkişaf Partiyası 35,67 faiz, müxalif Cümhuriyyət Xalq Partiyası 24,96 faiz, Milliyyətçi Hərəkat Partiyası 10,33 faiz, İYİ Partiya 9,93 faiz, Yaşıl Sol Partiya 8,66 faiz səs toplayıb.
////

2023-05-14 12:03


Türkiyədə prezident və parlament seçkiləri ilə əlaqədar səsvermə başlayıb.

Live.az-ın xəbərinə görə, mayın 14-də yerli vaxtla səhər saat 08:00-da seçki məntəqələri açılıb.

Bu seçkilər üzrə 64 milyon 113 min 941 nəfər seçici qeydə alınıb.

Prezident postu uğrunda 3 namizəd mübarizə aparır. Bunlar “Cümhur İttifaqı”nın namizədi, hakim Ədalət və İnkişaf Partiyasının sədri, hazırkı dövlət başçısı Rəcəb Tayyib Ərdoğan, “Millət İttifaqı”nın namizədi, müxalif Cümhuriyyət Xalq Partiyasının sədri Kamal Kılıçdaroğlu və “Ata İttifaqı”nın namizədi Sinan Oğandır.

“Cümhur İttifaqı”nda Ədalət və İnkişaf Partiyası, Milliyyətçi Hərəkat Partiyası, Böyük Birlik Partiyası, Yenidən Rifah Partiyası, Hür Dava Partiyası və Demokratik Sol Partiyası birləşib.

“Millət İttifaqı”nda Cümhuriyyət Xalq Partiyası, İYİ Partiya, Səadət Partiyası, Gələcək Partiyası, Demokrat Partiyası və Demokratiya və İnkişaf Partiyası (DEVA) təmsil olunur.

“Ata” İttifaqına Zəfər, Ədalət, Ölkəm və Türkiyə İttifaqı partiyaları daxildir.

Parlament seçkiləri üzrə 36 siyasi partiyanın namizədi qeydə alınıb.

Səsvermə yerli vaxtla saat 17:00-də başa çatacaq

Mərkəzi Seçki Komissiyası səsvermə bitəndən sonra ilkin nəticələri açıqlamağa başlayacaq.
Şərhlər
Dünya bölməsinin xəbərləri