Beynəlxalq Yer Günündə təmizlik aksiyası keçirilib



22 aprel - Beynəlxalq Yer Günündə Xəzər dənizinin Sumqayıt sahilində təmizlik işləri aparılıb.

Bu barədə mediaya Ekologiya və Təbii Sərvətlər Nazirliyindən bildirilib.

Nazirliyin dəstəyi və "Kontakt Home" mağazalar şəbəkəsinin təşkilatçılığı ilə keçirilən aksiya zamanı sahilyanı ərazi tullantılardan təmizlənib.

Yüzdən artıq iştirakçının qoşulduğu tədbir zamanı 2 hektar sahədən 2 tondan artıq tullantı toplanıb.

Tədbirin keçirilməsində məqsəd dəniz sahillərində təmizliyə riayət olunmasını təbliğ etmək, sahilyanı ərazilərin məişət tullantıları ilə zibillənməsinin qarşısını almaq və hər kəsi dəniz ətraf mühitinin mühafizəsində iştiraka cəlb etməkdir.







 
Şərhlər
Sosial bölməsinin xəbərləri