Konfrans Liqası: Yarımfinalın bütün iştirakçıları müəyyənləşib

UEFA Konfrans Liqasında yarımfinalçılar bəlli olub.

LIVE.az-ın məlumatına görə, 1/4 finalın cavab oyununda "Fiorentina" İtaliyada Polşa "Lex"inə 2:3 hesabı ilə uduzsa da, adını növbəti raunda yazdırıb.

Florensiya təmsilçisi səfərdəki ilk matçda Poznan klubuna qalib gəlmişdi - 4:1.

Niderlandın "AZ Alkmaar" klubuda növbəti mərhələyə vəsiqə qazanıb.

1/4 finalın cavab oyununda evdə Belçika "Anderlext"ini qəbul edən komanda əsas vaxtda 2 cavabsız qol vuraraq, ümumi hesabı bərabərləşdirib. Əlavə vaxtda tərəflərdən heç bir fərqlənə bilmədiyindən qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə olunub. Burada daha dəqiq (4:1) oynayan meydan sahibləri yarımfinala yüksəliblər.

1/4 finalın cavab oyununda İngiltərədə Belçika "Gent"ini 4:1 hesabı ilə darmadağın edən "Vest Hem" növbəti raunda yüksəlib. Bu komandalar arasında keçirilmiş ilk oyunda qalib müəyyənləşməyib - 1:1.

Yarımfinala son vəsiqəni İsveçrə "Bazel"i əldə edib.

Fransadakı cavab oyununda "Nitsa"ya 2:1 hesabı ilə qalib gələn qonaqlar növbəti mərhələyə yüksəliblər.

Yarımfinalda isveçrəlilər İtaliya "Fiorentina"sı ilə üz-üzə gələcək. Bu raundun digər görüşündə İngiltərə "Vest Hem"i  Niderlandın "AZ Alkmaar" komandasını sınağa çəkəcək.

Yarımfinalın ilk oyunları mayın 11-də, cavab qarşılaşmaları isə 18-də olacaq.


UEFA Konfrans Liqası
1/4 final
20 aprel

20:45. "Fiorentina" (İtaliya) - "Lex" (Polşa) - 2:3
Qollar: Rikkardo Sottil, 78. Qaetano Kastrovilli, 90+2 - Afonsu Souza, 9. Kristoffer Velde, 64 (penalti), Artur Sobex, 69
İlk oyun - 4:1

20:45. "AZ Alkmaar" (Niderland) - "Anderlext" (Belçika) - 2:0 (PENALTİLƏR SERİYASINDA - 4:1)
Qollar: Vangelis Pavlidis, 5 (penalti); 13
İlk oyun - 0:2

23:00. "Vest Hem" (İngiltərə) - "Gent" (Belçika) - 4:1
Qollar: Maykl Antonio, 37; 63. Lukas Paketa, 55 (penalti). Deklan Rays, 58 - Uqo Küypers, 26
İlk oyun - 1:1

23:00. "Nitsa" (Fransa) - "Bazel" (İsveçrə) - 1:2 (ƏLAVƏ VAXTDA - 0:1)
Qollar: Qaetan Labord, 9 - Jan Kevin Oqyüsten, 86. Qasım Nuhu, 98
İlk oyun - 2:2.

Şərhlər
İdman bölməsinin xəbərləri