"Formula 1": Ferstappen Bakıdakı yarışda Alonsonun nailiyyətini təkrarlaya bilər


"Red Bull"da çıxış edən "Formula 1" pilotu Maks Ferstappen Azərbaycan Qran Prisində yeni nailiyyətə imza ata bilər.

26 yaşlı sürücü Bakıdakı yarışda xal qazanacağı təqdirdə hazırda "Aston Martin"də çıxış edən Fernando Alonsoya çatacaq.

Ferstappen son 22 Qran Pridə xal əldə edib. Onun həmkarı 2011 - 2012-ci illərdə "Ferrari"nin heyətində ardıcıl 23 turnirdə buna müvəffəq olub.

Qeyd edək ki, Bakıdakı yarış 28 - 30 apreldə təşkil olunacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri