Konfrans Liqası: 1/8 final mərhələsinin cütləri bəlli olub - Yenilənib

  

Konfrans Liqası: 1/8 final mərhələsinin cütləri bəlli olub


UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılıb.

LIVE.az-ın məlumatına görə, İsveçrənin Nyon şəhərində keçirilən mərasimdə növbəti raundun cütləri bəlli olub.

1/8 final

AEK (Larnaka, Kipr) - “Vest Hem” (İngiltərə)

“Fiorentina” (İtaliya) - “Sivasspor” (Türkiyə)

“Latsio” (İtaliya) - AZ (Niderland)

“Lex” (Polşa) - “Yurqarden” (İsveç)

“Bazel” (İsveçrə) - “Slovan” (Slovakiya)

“Şerif” (Moldova) - “Nitsa” (Fransa)

“Anderlext” (Belçika) - “Vilyarreal” (İspaniya)

“Gent” (Belçika) - “Başakşehir” (Türkiyə)

Qeyd edək ki, UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin oyunları martın 9-da və 16-da keçiriləcək.

///

13:15

Konfrans Liqası: 1/8 final mərhələsinin püşkü atılacaq

Bu gün UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

Qitə futbol qurumunun İsveçrənin Nyon şəhərindəki mənzil-qərargahında keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 16:00-da start götürəcək.

Bu raundda qrup qalibləri pley-off mərhələsindən üzüağ çıxan komandalarla qarşılaşacaqlar. Püşk zamanı qrup birinciləri səpələnmişlər, pley-offdan 1/8 finala adlayanlar isə səpələnməmişlərdə yer alacaqlar.

Qrup mərhələsinin qalibləri (səpələnmişlər):

AZ (Niderland)

“Yurqarden” (İsveç)

“Başakşehir” (Türkiyə)

“Nitsa” (Fransa)

“Sivasspor” (Türkiyə)

“Slovan” (Slovakiya)

“Vilyarreal” (İspaniya)

“Vest Hem” (İngiltərə)

Pley-offda yoluna davam edənlər (səpələnməmişlər):

“Anderlext” (Belçika)

“Bazel” (İsveçrə)

“Latsio” (İtaliya)

AEK (Larnaka, Kipr)

“Fiorentina” (İtaliya)

“Gent” (Belçika)

“Lex” (Polşa)

“Şerif” (Moldova)

Qeyd edək ki, UEFA Konfrans Liqasında 1/8 final mərhələsinin oyunları martın 9-da və 16-da keçiriləcək.
Şərhlər
İdman bölməsinin xəbərləri