Avropa Liqasında 1/8 final cütlükləri bəlli olur


Bu gün UEFA Avropa Liqasında 1/8 final mərhələsinin püşkü atılacaq.

  İsveçrənin Nyon şəhərində keçiriləcək mərasim Bakı vaxtı ilə saat 15:00-da başlayacaq.

Komandalar püşkdən öncə iki səbətə bölünüblər. Qrup qalibləri səpələnmişlər, pley-off mərhələsindən gələnlər isə səpələnməmişlər səbətində yer alıblar.

Bu raundda eyni ölkə təmsilçiləri bir-birinə rəqib ola bilməzlər.

1/8 final

Səpələnmişlər

"Arsenal" (İngiltərə)

"Betis" (İspaniya)

"Fənərbağça" (Türkiyə)

"Ferentsvaroş" (Macarıstan)

"Feyenoord" (Niderland)

"Frayburq" (Almaniya)

"Real Sosyedad" (İspaniya)

"Union" (Belçika)

Səpələnməmişlər

"Yuventus" (İtaliya)

"Bayer" Leverkuzen (Almaniya)

"Mançester Yunayted" (İngiltərə)

"Roma" (İtaliya)

"Sevilya" (İspaniya)

"Sportinq" (Portuqaliya)

"Union" Berlin (Almaniya)

"Şaxtyor" Donetsk (Ukrayna)

Qeyd edək ki, 1/8 finalın ilk oyunları martın 9-da, cavab matçları isə 1 həftə sonra keçiriləcək.

///


Avropa Liqası: 1/8 finalın bütün iştirakçıları bəlli olub

UEFA Avropa Liqası

Pley-off mərhələsi, cavab oyunları

23 fevral

 “Renn” (Fransa) - “Şaxtyor” (Donetsk, Ukrayna) - 2:1 (PENALTİLƏRDƏ - 4:5)
Qollar: Toko Ekambi, 52, İbrahim Salah, 106 - Janyuel Belosyan, 119 (avtoqol)
İlk oyun - 1:2

00:00. “Roma” (İtaliya) - “Zaltsburq” (Avstriya) - 2:0
Qollar: Andrea Belotti, 33. Paulo Dibala, 40
İlk oyun - 0:1

00:00. “Mançester Yunayted” (İngiltərə) - “Barselona” (İspaniya) - 2:1
Qollar: Fred, 47. Antoni, 73 - Robert Levandovski, 18 (penalti)
İlk oyun - 2:2

00:00. “Union” (Berlin, Almaniya) - “Ayaks” (Niderland) - 3:1
Qollar: Robin Knoxe, 20. Yosip Yuranoviç, 44. Danilo Duxi, 50 - Məhəmməd Kudus, 47
İlk oyun - 0:0

21:45. “Midtüllan” (Danimarka) - “Sportinq” (Portuqaliya) - 0:4
Qollar: Sebastyan Koates, 21. Pedru Qonsalveş, 50; 77. Stefan Qartenmann, 85
Qırmızı vərəqə: Paulinyo, 38 ("Midtüllan")
İlk oyun - 1:1

21:45. “Monako” (Fransa) - “Bayer” (Leverkuzen, Almaniya) - 2:3 (PENALTİLƏRDƏ - 3:5)
Qollar: Vissam Ben Yedder, 19 (penalti). Brel Embolo, 84 - Florian Virts, 13. Esekiel Palasios, 21. Amin Adli, 58
İlk oyun - 3:2

21:45. “Nant” (Fransa) - “Yuventus” (İtaliya) - 0:3
Qollar: Anxel Di Maria, 5; 20 (penalti); 78
Qırmızı vərəqə: Nikolya Pallua, 18 ("Nant")
İlk oyun - 1:1

21:45. PSV (Niderland) - “Sevilya” (İspaniya) - 2:0
Qollar: Lyuk de Yonq, 76. Fabio Silva, 90+4
İlk oyun - 0:3
 
Şərhlər
İdman bölməsinin xəbərləri