Konfrans Liqası: “Qarabağ” mübarizəni dayandırıb



"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində cavab oyununa çıxıb.

 Ağdam təmsilçisi Belçikada "Gent" klubunun qonağı olub. “Gelamko Arena"da keçirilən qarşılaşmanın əsas vaxtı meydan sahiblərinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.

.

Bakıdakı ilk görüşdə ağdamlılar eyni hesabla qalib gəldiyindən əlavə vaxt oynanılıb.  Tərəflərin səylərinə baxmayaraq, oyunda hesab dəyişməyib və qalibi müəyyənləşdirmək üçün penaltilər seriyasından istifadə edilib. Burada daha dəqiq (5:3) oynayan "Gent" adını 1/8 finala yazdırıb.

Qeyd edək ki, bu raundun püşkü bu gün atılacaq.
Şərhlər
İdman bölməsinin xəbərləri