Konfrans Liqası: "Qarabağ" "Gent"i məğlub edib


"Qarabağ" UEFA Konfrans Liqasının pley-off mərhələsində ilk oyununu keçirib.

Live.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda Bakıda Belçikanın "Gent" klubu ilə üz-üzə gəlib.

Tofiq Bəhramov adına Respublika stadionundakı qarşılaşmanı Məhəmməd Al-Hakimin  rəhbərlik etdiyi İsveçdən olan hakimlər briqadası idarə edib. Matç Türkiyə və Suriyada baş vermiş zəlzələdə dünyasını dəyişənlərin xatirəsinə görə bir dəqiqəlik sükutla başlayıb.

Ramil Şeydayev 51-ci dəqiqədə 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.  78-ci dəqiqədə Leandro Andrade topu rəqib qapısından keçirib.

Matç Azərbaycan təmsilçisinin 1:0 hesablı qələbəsi ilə başa çatıb.
 
Cavab görüşü fevralın 23-də Belçikada baş tutacaq. 
Şərhlər
İdman bölməsinin xəbərləri