Almaniyada silahlı şəxs 3 nəfəri öldürüb 5 nəfəri yaraladıqdan sonra intihar edib
- 21.08.2013, 11:12,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
Naməlum silahlı şəxs Almaniyanın Haydelberq şəhərindəki binaların birində atəş açıb, nəticədə 3 nəfər ölüb, 5 nəfər isə yaralanıb.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Stuttgarter-Zeitung portalı yerli polisə istinadla məlumat yayıb.
Hadisədən dərhal sonra atəş açan şəxs özünü güllələyərək intihar edib. Hadisənin təfərrüatları açıqlanmır.
Polis hadisə ilə əlaqədar araşdırma aparır.