Ərdoğan: Misirdəki hadisələrin arxasında İsrail dayanır
- 20.08.2013, 16:52,
- Dünya
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+

Misirdə prezident Məhəmməd Mursinin devrilməsi ilə nəticələnən bütün hadisələrin arxasında İsrail dayanır. Trend-in "TRT haber" telekanalına istinadən verdiyi məlumata görə, bu barədə Türkiyənin Baş naziri Rəcəb Tayyib Ərdoğan bildirib.
Baş nazirin sözlərinə görə, hələ 2011-ci ildə Misirdə "Müsəlman Qardaşları" qalib gəldikdə, İsrail Misirdə islamçılara yer olmadığını və onların hakimiyyətdə qala bilməyəcəyini bildirməklə öz mövqeyini bildirib.
Ərdoğan, həmçinin bildirib ki, Qərb demokratiyanı öyrənməlidir, çünki bu gün Qərb demokratiya anlayışından uzaqdır.