Azərbaycan əhalisinin sayı açıqlanıb



Azərbaycan əhalisinin sayı 2022-ci il oktyabr ayının 1-i vəziyyətinə 10 204 774 nəfərə çatıb.

LIVE.az xəbər verir ki, bu barədə mediaya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 48 408 nəfər və ya 0,5 faiz artıb. Əhalinin 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkiləri isə dəyişməyərək eyni olub.
Şərhlər
Sosial bölməsinin xəbərləri