Bakının Üzeyir Hacıbəyov küçəsində velosiped üçün duracaqlar təşkil edilib


Bakı Şəhər İcra Hakimiyyəti başçısının tabeliyindəki Bakı Nəqliyyat Agentliyi paytaxtın Üzeyir Hacıbəyov küçəsində velosipedlərin parklanması üçün duracaqlar təşkil edib.

Live.az bu barədə agentliyə istinadən xəbər verir.

Məlumata görə, bu addım qurumun hazırladığı "Bakıda velosiped nəqliyyatı" konseptual planına əsasən, velosiped yolu və infrastrukturun yaradılması istiqamətində tədbirlər çərçivəsində atılıb. Eyni zamanda, Sahil bağı ətrafında velosiped yollarının qurulması işləri də davam etdirilir.

"Velosiped duracaqları şəhərin mobillik imkanlarının artırılması ilə yanaşı, velosipeddən istifadəni təşviq edən vasitələrdən biridir", - agentlik bəyan edib.
Şərhlər
Sosial bölməsinin xəbərləri