Azərbaycanda 15-17 yaşında 1 bəy və 137 gəlin nikaha daxil olub


Ötən il Azərbaycanda ümumilikdə 56314 nikah qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsi tərəfindən hazırlanan "Azərbaycan gəncləri" statistik məcmuəsində qeyd edilib. Bildirilib ki, ötən il nikaha daxil olan bəylərdən 35418-i 15-29 yaşda olub.

Nikaha daxil olanlardan bəylərdən biri 15-17, 169-u 18-19, 9842-si 20-24, 25406-sı 25-29 yaşda olub.

2021 nikaha daxil olan gəlinlərin sayı 46708 olub. Onlardan 137-si 15-17, 11399-u 18-19, 22642-si 20-24, 12530-u 25-29 yaşında olub.


APA
Şərhlər
Sosial bölməsinin xəbərləri