Avropa Liqası: "Qarabağ" ilk qələbəsini qazanıb
- 15.09.2022, 23:57,
- Idman
- 0
Facebook
Вконтакте
Одноклассники
Google+
"Qarabağ" UEFA Avropa Liqasının qrup mərhələsində növbəti oyununu keçirib.
Live.az-ın məlumatına görə, Qurban Qurbanovun baş məşqçi olduğu komanda G qrupunun II turunda Bakıda Fransa "Nant"ı ilə üz-üzə gəlib.
Tofiq Bəhramov adına Respublika stadionundakı azarkeşlər qarşılaşma başlamamışdan əvvəl Ermənistanla sərhəddə hərbi əməliyyatlar zamanı şəhid olan Azərbaycan hərbçilərinin xatirəsini sükutla yad ediblər.
"Köhlən atlar" ilk hissənin ortalarından təşəbbüsü ələ alsada,ilk yarı heç-heçə bitib.
Kvabena 60-cı dəqiqədə hesabı açmağa müvəffəq olub. 5 dəqiqə sonra Kadi Borgesin ötürməsindən sonra Abdullah Zubir hesab arasındakı fərqi artırıb. 72-ci dəqiqədə Marko Yankoviç baxımlı qola imza ataraq qonaqları məyus edib. "Nant" sonrakı dəqiqələrdə hesab arasındakı fərqi azaltmağa çalışsa da, istəyinə çata bilməyib.
Rəqibini 3:0 hesabı ilə məğlub edən "Qarabağ" qrup mərhələsində ilk qələbəsini qazanıb.
G qrupunun digər matçında Almaniya "Frayburq"u Yunanıstanda "Olimpiakos"u 3:0 hesabı ilə üstələyib. Bundesliqa klubu 2 turdan sonra 6 xalla liderdir. "Nant" və "Qarabağ"ın 3 xalı var. Sonuncu sıradakı "Olimpiakos"un isə xalı yoxdur.