Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb



Bu ilin yanvar-iyul aylarında Azərbaycanda qeydə alınan nikah və boşanmaların sayı açıqlanıb.

Dövlət Statistika Komitəsindən mediaya verilən məlumata görə, həmin müddətdə Ədliyyə Nazirliyinin rayon (şəhər) qeydiyyat şöbələri tərəfindən 35 646 nikah və 8 862 boşanma halları qeydə alınıb.

Ötən ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə nikahların sayı 5,2-dən 6,1-ə qədər artıb, boşanmaların sayı isə azalaraq 1,7-dən 1,5-ə düşüb.
Şərhlər
Sosial bölməsinin xəbərləri