Azərbaycan əhalisinin sayı açıqlanıb



Azərbaycan əhalisinin sayı açıqlanıb.

LIVE.az xəbər verir ki, bu barədə mediaya Dövlət Statistika Komitəsindən məlumat verilib.

Bildirilib ki, ilin əvvəlindən ölkə əhalisinin sayı 35243 nəfər və ya 0,3 faiz artaraq 2022-ci il avqust ayının 1-i vəziyyətinə 10191609 nəfərə çatıb. Əhalinin ümumi sayının 52,9 faizini şəhər, 47,1 faizini kənd sakinləri təşkil edib, kişi və qadınların xüsusi çəkisi isə dəyişməz qalıb.
Şərhlər
Sosial bölməsinin xəbərləri