Dəmir Yolu Muzeyinin üzərinə vurulmuş lövhələr sökülüb



Mədəniyyət Nazirliyi yanında Mədəni İrisin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidməti Azadlıq prospekti 22 ünvanında (Cəfər Cabbarlı heykəlinin yanı, Dəmir Yolu Muzeyi) yerləşən tarixi abidəyə monitorinq keçirib.

Monitorinq zamanı abidənin üzərindəki reklam lövhələri, habelə obyektlərin adını bildirən lövhələr sökülüb.

Beləliklə, tədbirlər nəticəsində tarixi abidələrin bədii-estetik görünüşünə, memarlıq üslubuna xələl gətirən müdaxilələr aradan qaldırılıb. Obyekt sahibləri ilə maarifləndirici söhbət aparılıb.

Qeyd edək ki, sentyabrın 1-dən Bakıdakı tarixi abidələrin monitorinqləri başlayıb.



Report
Şərhlər
Sosial bölməsinin xəbərləri