Azərbaycanda ərzaq məhsulları ucuzlaşıb, inflyasiya 2,1%-ə çatıb

Azərbaycanda 3 ay ardıcıl olaraq qiymətlərin ucuzlaşması (deflyasiya) müşahidə olunmaqdadır.


APA-nın Dövlət Statistika Komitəsinə istinadən verdiyi məlumata görə, iyul ayında iyun ayı ilə müqayisədə istehlak mallarının qiyməti və xidmət tarifləri 0,7%, o cümlədən ərzaq məhsullarının qiyməti 1,7% enib, xidmət tarifləri 0,1% artıb, qeyri-ərzaq mallarının qiymətləri isə iyun ayının səviyyəsində qalıb.


«Eyni zamanda qiymət və tariflər yeddi ay ərzində keçən ilin müvafiq dövrü ilə müqayisədə 2,1%, o cümlədən ərzaq məhsullarının qiymətləri 2%, qeyri-ərzaq mallarının qiymətləri 0,5%, xidmət tarifləri isə 3,3% artıb», - deyə Komitənin məlumatında deyilir.


Qeyd edək ki, bu ilin yanvar-iyun aylarında ölkədə illik inflyasiya 2% təşkil edib.
Şərhlər
İqtisadiyyat bölməsinin xəbərləri